Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Sherg.az xəbər verir ki, məktubda deyilir:

"Prezident Donald Trampın şahidliyi ilə Amerika Birləşmiş Ştatlarında Azərbaycanın mühüm rolu olan sülh sazişi ilə bağlı Birgə Bəyannamənin imzalanması münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə ən səmimi təbriklərimizi çatdırırıq.

Bu tarixi nailiyyət təkcə diplomatiyanın və dövlətçiliyin təntənəsi deyil, həm də təfəkkürün bölücülük üzərində qələbə çalmasının sübutudur.
Bu, Qafqaz regionunda davamlı sülhün təmin edilməsi istiqamətində həlledici addımdır və bölgənin bütün xalqları üçün sabitliyin, firavanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında tarixi hadisə kimi yadda qalacaqdır. Biz, həmçinin bu sülhün ailələrin, uşaqların və icmaların hələ də əziyyət çəkdikləri hər bir məkana çatacağına inanırıq.

Biz Zati-alinizin xalqlar arasında anlaşmanın və konstruktiv dialoqun möhkəmləndirilməsi istiqamətində uzaqgörənlik, daimi fədakarlıq və sarsılmaz sadiqlik nümayiş etdirərək bu prosesin uğurla nəticələnməsinə şəxsi və həlledici töhfəsini xüsusi vurğulayırıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın qlobal sülh səylərində etibarlı və hörmətli tərəfdaş kimi artan roluna şahidlik etməkdən qürur duyur və ortaq dəyərlərimizin prinsiplərinə uyğun olaraq, xalqlar, mədəniyyətlər arasında körpülər quran təşəbbüsləri dəstəkləməyə hazırdır.

Zati-aliləri, ən dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik".


Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti


İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti


Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti


Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri


Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini


İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti


Çaba Koroşi

BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri


Mladen İvaniç

2014-2015, 2016-2017-ci illərdə Bosniya və Herseqovinanın
Rəyasət Heyətinin Sədri


Volkan Bozkır

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri


Vuk Yeremiç

BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri



Amina Qurib-Fakim

2015-2018-ci illərdə Mavrikinin Prezidenti


Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti


Suzan Elliot

Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin
prezidenti və baş icraçı direktoru


Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti


Dimitris Avramopulos

2014-2019-cu illərdə miqrasiya, daxili işlər və
vətəndaşlıq üzrə Avropa komissarı


İv Leterme

2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri