Ödənişli yollar sərfəlidir: Sürücülər də qazanır, dövlət də...
11:06 15.01.2020
Gündəm
652
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun verdiyi məlumata görə ölkəmizdə bəzi yolların ödənişli olması nəzərdə tutulub. O bildirib ki, ödənişli yol qismində Ələt-Astara yolu nəzərdə tutulub. Bu yol sürücüyə 39 kilometr məsafəyə qənaət etməyə imkan verəcək.
Bundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq.
S.Məmmədovun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri, adətən, dövlət büdcəsi hesabına həyata keçirilir.
Ödənişli yollar Avropada ölkələrində geniş yayılsa da, Azərbaycan üçün yeni tendensiyadır. Bunun mahiyyəti və ölkə iqtisadiyyatına təsiri ilə bağlı fikirlərini bildirən ekspert Fuad İbrahimovun sözlərinə görə həmin yollarda şərait də fərqli olur:
“Ödənişli yollara Qərb ölkələrinin təcrübəsində geniş rast gəlinir. Təbii ki, ödənişli yolların insfrastukturu daha əlverişli olur. Bu yollar həmişə diqqət mərkəzində qalır, lazım gəldikcə abadlaşdırılır. Hətta bəzi ödənişli yollarda pulsuz internet xidmətləri də var. Bu o deməkdir ki, ödənişli yollarda sürücülər üçün hər şey nəzərə alınır. Əsas məqsəd dövlət büdcəsinin yükünü azaltmaqdır. Yolun saxlanmasını, xərclərini özünün qarşılamasına şərait yaratmaqdır. Yəni, ödənişli yolların əsas mahiyyəti ondan ibarətdir ki, özü öz “büdcəsi” hesabına idarə olunsun. Başqa sözlə desək, dövlət büdcəsindən maliyyələşməsin. Yəni indi olduğu kimi, gələcəkdə də ödənişli yollarda hansısa işlərin görülməsi üçün dövlət büdcəsindən heç bir vəsait nəzərdə tutulmayacaq. Həmin maddi xərc bu yollardan istifadə edənlərin ödədikləri məbləğ hesabına ayrılacaq”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol