Ombudsman: Mediatorluq cəmiyyətlərdə sülhü təmin edən ən nümunəvi missiyadır
17:03 29.11.2024
Gündəm
349
Mediatorluq cəmiyyətlərdə sülhü təmin edən ən nümunəvi missiyadır.
“Report”un Ankara bürosu xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Mediatorlarının I Beynəlxalq Qurultayı çərçivəsində “Mediatorluq və alternativ problemlərin həlli yolları” adlı seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ombudsman Aparatı mediatorluq qurumunun qanuniləşməsində və formalaşmasında önəmli təkliflər verib: “Mediatorlar Şurası ilə qurulan əməkdaşlıq nəticəsində bu proses daha təsirli vasitəyə çevrilib. Bugünkü toplantıdakı mediatorları əmin etmək istəyirəm ki, hər zaman sizin yanınızdayıq”.
Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç isə bildirib ki, bütün dünyanın sülhə ehtiyacı var: “Vətəndaşlarla dövlət qurumları arasında hüququn təminini tənzimləyən vasitəçi olaraq türk dünyası mediatorlarına "xeyirli olsun" deyirik”.
Özbəkistanın sabiq ədliyyə naziri Fozijon Otakhonov deyib ki, ölkəsində “Mediator haqqında” qanun qəbul edilib: “Özbəkistan Prezidenti bu sahəyə çox önəm verir. Mediatorluq fəaliyyətinə xalq diplomatiyası da demək olar. Hazırda dövlətlərin hər cür təminatı var, amma yenə də müharibələr dayanmır. Mediatorlar bu savaşları dayandırmaq üçün öz xidmətini əsirgəməməlidir”.
Qeyd edək ki, noyabrın 28-dən başlayan beynəlxalq tədbir dekabrın 1-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə