
"Ordumuz kifayət qədər inkişaf edib..." - XTQ-nin sayı artırılacaq!
Yusif Nəzərli
14:25 25.06.2023
Gündəm
494
“Ulu öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın”.
Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
“Ulu öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür”, - deyə Ölkə başçısı qeyd edib.
Azərbaycan ordusunun yenilənmə dövrünü yaşadığını deyən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a söyləyib ki, bu modernləşmə kimi xarakterizə oluna bilər:
"Biz artıq Silahlı Qüvvələrin inkişafından deyil, yenilənməsindən danışa bilərik. Çünki Azərbaycan ordusu kifayət qədər inkişaf edib. Hətta Silahlı Qüvvələrimizin qoşun növlərinin strukturu tam komplektləşdirilib. Yəni artıq raket-artilleriya bölmələrinin silah arsenalının və Pilotsuz Uçuş Aparatları parkının daha da mükəmməlləşdirilməsindən söhbət gedir. Sadalanan məsələlər artıq öz həllini tapmaq üzrədir. Cənab Ali Baş Komandan İlham Əliyevin də səsləndirdiyi fikirlərdə bu məqamlar xüsusi qeyd olunub".

Ekspertin sözlərinə görə, bu dövrü həm də ordunun böyük hissəsinin peşəkarlaşması kimi dəyərləndirmək olar:
"Komanda birləşməsinin yaradılması və inkişafı ordunun şəxsi heyətindəki peşəkar hərbi qulluqçuların sayının artırılmasına xidmət edir. Ümumiyyətlə hələ 2014-cü ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələri peşəkar orduya keçidlə bağlı ciddi addımlar atmağa başladı. Yəni Müddət Artıq Həqiqi Hərbi Xidmət (MAXHE) vəzifəsi yaradıldı. Bundan sonra iş daha da genişləndirildi. Düşünürəm ki, qarşıdan gələn dövrdə komanda və xüsusi təyinatlı qüvvələrin şəxsi heyətinin sayı artırılacaq".
Xatırladaq ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya