Özbəkistan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekincini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbəri sosial mediada bildirib.

“Bu gün iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələrin növbəti raundunun nəticələrini alqışladıq. Ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə sürətlə inkişaf etdiyini vurğuladıq. Beynəlxalq və regional əhəmiyyət daşıyan aktual məsələlər barədə fikir mübadiləsi apardıq, qarşıdakı tədbirlər planını müzakirə etdik”, - Saidov bildirib.