Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə normallaşma prosesi çərçivəsində quru sərhədinin açılması ilə bağlı yaxın vaxtlarda konkret irəliləyiş gözlədiyini bildirib.
Sherg.az xəbər verir ki, Paşinyan iki ölkə arasında dialoqun müsbət davam etdiyini, müntəzəm görüşlərin keçirildiyini qeyd edib. Onun sözlərinə görə, əsas hədəf diplomatik münasibətlərin qurulması və quru sərhədinin açılmasıdır.
Baş nazir hava əlaqəsinin artıq açıq olduğunu, uçuşların davam etdiyini vurğulayıb və sərhədin açılması üçün Ermənistanın hazır olduğunu bildirib. O, həmçinin Türkiyə-Azərbaycan yük daşımaları üçün tranzit marşrut təqdim etməyə hazır olduqlarını deyib.