Pezeşkian: ABŞ ilə dialoq təslim olmaq demək deyil

İran qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək və ABŞ ilə dialoq təslim olmaq demək deyil.

Teleqraf xəbr verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.

İran Prezidenti X-də yazıb: "Dialoq təslim olmaq demək deyil. İran İslam Respublikası heç vaxt xalqın və ölkənin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqa xidmət edəcək və İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə edəcəyik".