Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskiyə 2023-cü ildə verilmiş Polşanın ən ali mükafatı olan “Ağ Qartal” ordeninin geri alındığını açıqlayıb.
Sherg.az xəbər verir ki, qərarın Ukraynada bəzi hərbi bölmələrin Ukrayna Milliyyətçi Təşkilatı ilə bağlı simvolları qəbul etməsi və bunun Polşada ciddi etiraz doğurması ilə əlaqəli olduğu bildirilir.
Polşa tərəfi bildirir ki, bu addım 1940-cı illərdə Volın və digər bölgələrdə baş verən və minlərlə polşalının ölümü ilə nəticələnən hadisələrin yaddaşının qorunması və tarixi ədalətin vurğulanması məqsədi daşıyır.
Qərardan sonra Ukrayna tərəfi də Polşadan aldığı bəzi mükafatları geri qaytarmağa başlayıb və iki ölkə arasında diplomatik gərginlik artıb.
Polşa rəsmiləri isə “Ağ Qartal” ordeninin ölkənin ən yüksək dövlət təltifi olduğunu və onun yalnız xüsusi etimad və ortaq dəyərlərə hörmət əsasında verildiyini vurğulayıblar.
Qeyd olunur ki, bu hadisə Polşa-Ukrayna münasibətlərində tarixi yaddaş və siyasi mövqelər ətrafında yeni gərginlik mərhələsi yaradıb.