Prezident El-Salvadorun yeni səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNİB
09:52 03.12.2024
Gündəm
309
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı əməkdaşlığımızın qurulması istiqamətində səfirin öz səylərini əsirgəməyəcəyinə, bu baxımdan onun Azərbaycanın rəsmi qurumları ilə səmərəli əlaqələr quracağına ümidvar olduğunu bildirərək, bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı imkanların müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı.
Səfir ilk növbədə COP29-da ölkəsinin iştirakını məmnunluqla xatırlayaraq, bu tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik etdi. O vurğuladı ki, COP29-un təşkili, ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Bakı şəhərinin gözəlliyi bu tədbir zamanı El-Salvadordan Azərbaycana səfərə gəlmiş nümayəndə heyətinə dərin təəsürat bağışlayıb.
Bu il Azərbaycanla El-Salvador arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini deyən Enrike Haime Kalderon müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulmasının vacibliyinə, o cümlədən infrastruktur, nəqliyyat, energetika sahələri üzrə ölkəsinə investisiya qoyuluşu imkanlarının müəyyən edilməsinin önəminə toxundu.
Səfir Azərbaycanın energetika sahəsində böyük uğurlar qazandığını vurğulayaraq, bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirdi.
Dövlət başçısı əlaqələrimizin irəli aparılması üçün ilk növbədə adi insanların və biznes dairələrinin ölkələrimiz barədə daha çox məlumatlanmalarının vacibliyinə toxundu.
Söhbət zamanı Azərbaycanla El-Salvador arasında iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya