Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar - YENİLƏNİB
13:51 21.08.2025
Gündəm
284
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.
Sherg.az xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülmüş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.
Xatırladaq ki, 2021-ci ilin avqustunda bu yolun təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir.
Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub.
Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.
Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
***
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.
APA xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya