Prezident: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq
19:40 14.08.2025
Gündəm
240
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müsahibəsində deyib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.
Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib.
Dövlətimizin başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə lideri: Qiyamətə qədər Suriyada olacağıq
16:33 16.12.2025
Dünya
Hazırda dominant qrip Honkonq qripidir – ÜST
16:19 16.12.2025
Sağlamlıq
“Uçan Küftəçi”nin həyatı film oldu
16:04 16.12.2025
Mədəniyyət
Putin alimləri səfərbər etdi: 150 il yaşamaq istəyir
15:52 16.12.2025
Dünya
Lavrov: Rusiya Suriyada heç kimi yarı yolda qoymayıb
15:38 16.12.2025
Dünya
Tramp BBC-yə 10 milyard dollarlıq iddia qaldırdı
15:38 16.12.2025
Dünya
Nobel Sülh Mükafatını qazandı, qaçarkən onurğasını sındırdı
15:32 16.12.2025
Dünya
Hakan Fidan Trampın xüsusi nümayəndəsi ilə görüşdü
15:13 16.12.2025
Dünya
İvanişvilinin devrilməsinə hazırlıq gedir - Sanikidze
15:00 16.12.2025
Cənubi Qafqaz
Növbəti köç karvanları bu kəndlərə çatdı
14:34 16.12.2025
Qarabağ
Vitse-spiker: II Qareginin taxtda qalması mümkün deyil
14:27 16.12.2025
Cənubi Qafqaz
Rusiya “Tramp yolu”nda iştirak etməyəcək - Rubinyan
14:20 16.12.2025
Cənubi Qafqaz