Prezident:“Ermənistan Azərbaycan ərazisindən silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin”
Yusif Nəzərli
15:40 15.07.2022
Gündəm
396
“Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir”.
“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
“10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”, - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya