Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş imtahanın vaxtı AÇIQLANDI
15:11 28.09.2023
Gündəm
437
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 10-da keçiriləcək.
Oxu.Az xəbər verir ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 10 oktyabr 2023-cü il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28-də (8 Noyabr metrostansiyasının yanı, keçmiş Bakı Asiya Universitetinin binası) yerləşən inzibati binasında keçiriləcək.
Namizədlərin nəzərinə çatdırılır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçiriləcəkdir. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən oktyabrın 8-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.
Namizədin həmin tarixdə imtahanda hansı saatda iştirak etməli olduğu barədə məlumat onun tərəfindən ödəniş həyata keçirilərkən təqdim ediləcək elektron bildirişdə göstəriləcək.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahan bitdikdən sonra namizədə əldə etdiyi nəticə barədə arayış təqdim olunacaq.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 01 sentyabr 2023-cü il tarixdə Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya