Prokurorluq orqanlarının xidməti fəaliyyətdə fərqlənən əməkdaşları mükafatlandırılıb
14:00 01.10.2023
Gündəm
400
Bu gün Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Baş prokurorun sözlərinə görə, əlamətdar hadisədir ki, prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü tədbiri Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz dövrə təsadüf edir.
Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa edib və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirib:
“Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub”.
Vurğulanıb ki, 30 il işğal altında olan torpaqlarımız üç il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edilib, 2023-cü ilin sentyabrın 19-da başlayan və 24 saat da az davam edən lokal xarakterli antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində isə Azərbaycanın öz suverenliyini bərpa olunub.
Sonra prokurorluq orqanlarının fəaliyyətindən danışan Baş prokuror qeyd edib ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
Çıxışın sonunda əminliklə qeyd olunub ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.
Daha sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının təltif olunması, həmçinin xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılması mərasimi keçirilib.
Sonda milli prokurorluq orqanlarının yaradılmasının 105-ci il dönümünə həsr olunmuş, prokurorluq əməkdaşlarının gündəlik həyatından bəhs edən “İstintaq” adlı qısametrajlı film izlənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm