Putin Uitskoff və Kuşner vasitəsilə Trampa təşəkkürünü çatdırıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitskoff və prezidentin müşaviri Cared Kuşnerlə danışıqlar zamanı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü və ən xoş arzularını çatdırmalarını xahiş edib.

Sherg.az xəbər verir ki, bu barədə görüşün başlanğıcı ilə bağlı yayılan məlumatda bildirilir.

Məlum olduğu kimi, Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar Kremlin divarları arasında keçirilir. Tərəflərin Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı bir sıra məsələləri müzakirə etməsi gözlənilir.

Bundan əvvəl Putin Ukrayna böhranı ilə bağlı sülh sazişinə nail olmaq imkanının hələ də qaldığını bildirib. O, bir sıra xarici ölkələrin bu prosesə kömək etməyə çalışdığını qeyd edib.