Qaçan qoyunları yaxalayacaqlar
Yusif Nəzərli
18:43 25.06.2023
Gündəm
389
Xüsusi qruplara təlim keçilir
Müqəddəs Qurban bayramına sayılı günlər qaldığı vaxtda qurbanlıq heyvanları yaxalayacaq qruplar da hazırlıqlarını davam etdirir.
“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, sahibinin əlindən qaçan qurbanlıq heyvanların yaxalanması işi xüsusi hazırlıq keçən qruplara tapşırılacaq. Qardaş Türkiyənin paytaxtı Ankaranın Gölbaşı bölgəsində Qurban bayramı günlərində qurbanlıq heyvanları yaxalamaq vəzifəsi tapşırılacaq qrup 15 gün xüsusi təlim keçib.
Onlara qaçış, uyuşdurucu gülləsi olan tüfəngdən və ipdən istifadə öyrədilib. Qrup şəhər mərkəzi və ətraf bölgələrdə çalışacaq. Yaxalama qrupları Ankara Gölbaşı Bələdiyyəsi, Oğulbəy Qurban Satış və Kəsim yerində də vəzifə başında olacaq. Qrupda veterinar da var.
Veterinar heyvanlara atəş açılması gərəkdiyində uyuşdurucu maddənin miqdarına nəzarət edəcək. Məlumdur ki, qurbanlıq heyvanların sahiblərindən qaçması, bağlandıqları ipləri qırması halları tez-tez yaşanır. Heyvanlar açılıb qaçdıqda ətrafdakı insanlara zərər verə bilir. Bunun qarşısını almaq, heyvanlara zərər vermədən yaxalamaq üçün yaxalama qruplarından peşəkarlıq tələb olunur.
Veterinar bildirib ki, tərkibində uyuşdurucu maddə olan güllələr heyvana heç bir zərər vermir, onu sakitləşdirir, bu zaman da onu yaxalamaq asanlaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm