
“Qara qutu” qara niyyətlərə tezliklə aydınlıq gətirəcək - RƏY
Yusif Nəzərli
06:59 29.01.2025
Gündəm
589
Təyyarə qəzasının məsuliyyəti birmənalı Rusiyanın üzərindədir
“Azərbaycanın prinsipiallığı, həmçinin Qazaxıstanın da buna xüsusi diqqət ayırması Moskvanın ümidlərini puça çıxarır”
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib. Bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. Məlumatda qeyd olunub ki, Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub.
Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib. Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb. Məlumat üçün bildirək ki, Azərbaycana məxsus təyyarəsinin vurulmasından sonra ölkəmizə qarşı ucuz və primitiv metodlarla qarşı qarayaxma kampaniyası başladılıb. Halbuki Azərbaycan öz təbii şərtlərinin yerinə yetirilməsini gözləyir. Etiraf, üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılmasını istəyir. Rusiya qeyri-dost addımları davam etdirəcəksə, onda Azərbaycanla münasibətlərdə əvvəlki ab-hava olmayacaq. Rusiya onsuz da dostsuz qalıb və belə bir şəraitdə Azərbaycan kimi dostu da itirmək ərəfəsindədir. Rusiya mediasına və onlara Kremldən təlimat verənlərə tövsiyə edərdik ki, onsuz da Azərbaycan ictimaiyyəti arasında pis olan imiclərini daha da aşağı salmasınlar. Bir məqamı da bildirək ki, Qarabağda yaşanan faciələrin əsası 1805-ci ildə Rusiya tərəfindən Qarabağ xanlığının işğalı ilə başlayıb.

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu "Sherg.az"a deyib ki, AZAL-a məxsus Bakı-Qroznı marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsinin Rusiya səmasında bu dövlətin Silahlı Qüvvələri tərəfindən vurulmasına artıq heç bir şübhə qalmayıb. Ekspertə görə, ilkin istintaq-təhqiqat prosesi zamanı bu fakt öz təsdiqini tapıb:
"Rusiya Prezidenti V.Putin də gec də olsa, Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək rəsmi üzr də istəyib. Lakin indiyədək vurulmuş zərərə görə kompensasiya ödənilməyib və günahkarlar cəzalandırılmayıb. Qəzanı araşdıran Rusiya Federasiyasının İstintaq Komitəsi hər vəhclə çalışır ki, bunu kənar fiziki təsirlə deyil, hansısa texniki nasazlıqla, yaxud Ukraynanın dron hücumlarının dəf edilməsinə bağlasın. Görünür, qarşı tərəf Rusiyaya qarşı ədalətli, haqlı və prinsipial tələblərindən qaçmaq üçün yeni mücərrəd versiyalar üzərində işləyir. Təlimat alan bəzi rus mediası və ekspertləri də əsassız iddialar ortaya atır, günahı başqalarının üzərinə atırlar".
Analitikə görə, Aktauda baş verən təyyarə qəzasının məsuliyyəti birmənalı olaraq Rusiyanın üzərindədir: "Həm də ona görə ki, Qroznı səmasında HHM sistemləri tərəfindən vurulduqdan sonra onu xilas etmək əvəzinə bilərəkdən ölümə göndərmək qeyri-insani və dost olmayan münasibətdir. Diqqətlər təyyarədəki "qara qutu"ların hərtərəfli tədqiq edilməsinə və qəzanın müfəssəl öyrənilməsinə fokuslanmalıdır. Məncə, Qazaxıstan da bunun obyektiv araşdırılmasında və hüquqi qiymət verilməsində maraqlıdır. Lakin vaxtın bu qədər uzanması şübhələrə yol açır. Ola bilsin, Rusiya tərəfi Qazaxıstana da təzyiq göstərir ki, törədilən cinayəti ört-basdır etsin. Ancaq mən inanmıram ki, Rusiya istəyinə müvəffəq ola biləcək. Çünki Azərbaycanın prinsipiallığı, həmçinin Qazaxıstanın da buna xüsusi diqqət ayırması Moskvanın ümidlərini puça çıxarır. Ola bilsin, texniki baxımdan "qara qutu"nun tam öyrənilməsi və yekun hesabatın hazırlanması xeyli zaman alacaq. Ancaq inanıram ki, Azərbaycanın tələbləri mütləq yerinə yetiriləcək".
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib
12:59 09.09.2026
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət