Qardaşının öldürdüyü Aytən əxlaqsız olmayıb: 5 il əvvəl anası ilə bacısı... - ÖZƏL
Fidan Həmişəyeva
12:30 25.11.2019
Gündəm
871
Ötən gün Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, qətllə bağlı cinayət işi başlanılıb.
Onun sözlərinə görə, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzəliyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
İlkin istintaqla hadisənin Babək Fərzəliyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, 2014-cü ildə Aytənin anası və bacısı yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Aytənin həyatına təhlükə olduğu üçün onu Azərbaycan Uşaqlar Birliyininin Sığınacağına yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sherg.az-a açıqlamasında qeyd edib ki, 2016-cı ilə qədər Aytən birliyin sığınacağında qalıb:
“Bu il yanvarın 2-də Aytənin 20 yaşı tamam olacaqdı. Aytən 2016-cı ildə sığınacağımızdan çıxdı. Bəlkə də o, dövlət tərəfindən himayəyə götürülsəydi, bu bədbəxt hadisənin qarşısını almaq olardı. Amma təəssüf ki, belə ailələr var. Əslində hadisənin əsas qaynağı və səbəbi 2014-cü ildə ailə münaqişəsi zəminində ana ilə bacının özünü atmasıdır. Aytən də bizim sığınacağa təhlükəsizliyi məqsədi ilə yerləşdirilmişdi. Ata ölüm həddinə çatdırılma maddəsi ilə həbs edildi və 4 il həbsdə yatdı. Bu müddət ərzində Aytənin heç bir qohumu bir dəfə də olsun onunla maraqlanmadı. Onun durumu psixoloji baxımdan çox ağır idi. Lakin Aytən əxlaqsız bir qız deyildi. Sığınacaqda qala bilmirdi, çünki hər zaman düşünürdü və deyirdi ki, anama və bacıma qovuşmaq istəyirəm. Biz neçə ay ərzində ölüm faktını Aytəndən gizlətdik. Çünki buna hazır deyildi. Elə bir yaşda idi ki, çox çətinliklər çəkirdi”.
K.Ağazadə bildirib ki, Aytən 2016-cı ildə sığınacaqdan ayrıldıqdan sonra bir şəxslə qeyri-nəsmi nigahda olub və ondan dünyaya uşağı gəlib:
“Uşaq 9 aylıqdır. Bu müddət ərzində Aytənlə daimi əlaqə saxlayırdıq, kirayə pulu xeyriyyəçilər tərəfindən verilirdi. Həmçinin qida ilə təmin edirdik, özü də işləyirdi. Dəfələrlə təklif elədim ki, gəlsin uşağı ilə bir yerdə sığınacağımıza qayıtsın. Çünki qeyri-rəsmi nigahda olduğu adam ona baxmırdı, özü üçün həyat sürürdü. Hazırda da ortalıqda yoxdur. Bu gün nə uşağın sənədi var, nə də Aytənin şəxsiyyət vəsiqəsi. Aytənə nə qədər dedim ki, gəlsin vəsiqəsinin alınmasında ona kömək edək. Amma onu daha çox aldada biləcək adam qardaşı oldu. Elə aparıb anası ilə bacısının məzarının üstündə də Aytəni qətlə yetirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Dobropasovonu işğal etdi
17:42 25.05.2026
Dünya
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik edir
15:21 25.05.2026
Gündəm
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
15:03 25.05.2026
Gündəm