Qəzzada döyüşlər gedir: ÇAXAL-la HƏMAS üz-üzə

Qəzzanın şimal-qərbində HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının üzvləri ilə İsrail əsgərləri arasında toqquşma baş verib.

Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb.

“İzzəddin əl-Qəssam Briqadası hazırda Qəzzanın şimal-qərbinə daxil olan düşmən qüvvələri ilə döyüşlər aparır”, - məlumatda qeyd olunub.