“Rusiya və Ermənistan arasında münasibətlər normaldır”.
Teleqraf xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka Rusiya-Ermənistan dialoqundakı son durumla bağlı sualı cavablandırarkən deyib.
“Münasibətlər normaldır, böyük bir ailədə olduğu kimi: hər cürə olur”, - Çayka bildirib.
Qeyd edək ki, “Rossotrudniçestvo” - Rusiyanın Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyidir.