Rusiya Türkiyənin vasitəçilik rolunu dəstəkləyir

Rusiya XİN başçısı Sergey Lavrov Antalya Diplomatiya Forumunda bildirib ki, Ukrayna ilə danışıqların İstanbulda yenidən başlanması ehtimalına müsbət yanaşırlar və Türkiyənin vasitəçilik rolunu dəstəkləyirlər. O qeyd edib ki, Rusiya danışıqlara hazırdır, lakin qarşı tərəfin də istəyi vacibdir.

Sherg.az xəbər verir ki, Lavrov həmçinin ABŞ-la münasibətlərdə ciddi fikir ayrılıqlarının qaldığını, enerji sahəsində rəqabətin artdığını vurğulayıb. O, Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriya məsələlərinə diqqətin artırılmasının vacibliyini qeyd edib və Rusiyanın “qırmızı xətləri”nin mövcud olduğunu xatırladıb.