Rusiya Ukraynanın bir sıra vilayətlərinə ballistik raketlərlə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Rusiya ordusu gecə saatlarında ölkə ərazisinə “İskəndər-M/KN-23” ballistik raketləri və 167 ədəd müxtəlif tipli zərbə dronları ilə hücum edib.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri 128 PUA zərərsizləşdirib.
Rusiya raketləri və zərbə PUA-larının 23 ərazidə hədəflərə çatdığı qeyd edilib.