Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hazırkı hakim komandanı (“Gürcü Arzusu” hökumətini) 2008-ci il müharibəsi zamanı Rusiyaya yardımda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Kodori” xüsusi təyinatlılarının öldürülməsi hadisəsini çoxları xatırladır, amma yəqin rejimin təbliğatı insanların əksəriyyətinə bu qəhrəmanlarımızın nə üçün öldürüldüyünü unutdurub.
Putinin izahına görə, Rusiya 2008-ci ildə NATO-nun genişlənmək cəhdinə cavab olaraq Gürcüstanda böyük müharibəyə intensiv şəkildə hazırlaşıb. İvanişvili və Zurabişvilinin fikrincə, guya bizim başladığımız həmin müharibəyə. Bu məqsədlə Abxaziya dəmir yolunun sürətlə bərpasına başladılar, bu xətlə qoşunlarını Oçamçiriyə çıxardılar. Əlbəttə, dəmir yolu tankları Zuqdidiyə qədər gətirmək üçün lazım idi. Həmin 300 tank aprel ayından Soçi stansiyasında gözləyirdi. Həmçinin Kodori dərəsinə diversiya qrupu göndərilmişdi”, - sabiq prezident bildirib.
Saakaşvili qeyd edib ki, bu qrup təcrübəli Rusiya diversantlarından təşkil olunmuşdu:
“Onların məqsədi Kodoridə elektrik ötürücü xətlərini və mobil rabitəni partlatmaq, həmçinin artilleriya və hava hücumundan müdafiə sistemlərini müəyyənləşdirərək sıradan çıxarmaq idi. Bir sözlə, müharibəyə hazırlığın klassik düşmənçilik aktı.
Məhz həmin qrupun qarşısına bizim xüsusi təyinatlı qüvvələrimizin bir hissəsi çıxdı və qeyri-bərabər döyüşdə rusları tamamilə məhv etdi. Onların arasında bir polkovnik və bir polkovnik-leytenant da vardı. Amma “Gürcü Arzusu” bu əməliyyatda iştirak edən qəhrəmanlarımızın məxfi siyahısını ruslara ötürdü və bununla da onlara hər birini məhv etmək imkanı verdi. Yəqin özləri də bu cinayətdə iştirak ediblər”.