
Saakaşvili Vardanyanın Laçında həbsinə ürəkdən əl çaldı - SƏBƏB?
13:15 03.10.2023
Gündəm
949
Eyni problemlərdən əziyyət çəkən dövlətlər əsasən bir-birini oxşar mövzularda dəstəkləyirlər
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Qarabağdakı separatçı rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın həbsini alqışlayıb.
Bu barədə mətn hazırda həbsdə olan M.Saakaşvilinin rəsmi “X” sosial şəbəkə hesabında dərc edilib.
“Hazırda xeyirlə şər arasında mübarizə gedir. Azərbaycan Ukraynada müharibəyə fəal dəstək verən Ruben Vardanyanı, eləcə də “Abxaziya” və “Cənubi Osetiya” ilə əlaqələri inkişaf etdirən və qondarma qurumun keçmiş “xarici işlər naziri” David Babayanı həbs edib”, - M.Saakaşvili qeyd edib.
Məlumat üçün əlavə edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilən Ruben Vardanyan və David Babayan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Elmir Səftərov söyləyib ki, dünya ölkələrinin siyasi gedişatılarına nəzər saldıqda görmək olar ki, eyni problemlərdən əziyyət çəkən dövlətlər əsasən bir-birini oxşar mövzularda dəstəkləyirlər:
“Buraya separatçılıağla mübarizə, ərazi bütövlüyünün tanınması məsələləri də daxildir. Gürcüstan kimi Azərbaycan da separatizmdən əziyyət çəkib. Amma Azərbaycan öz suverenliyini bərpa edərək, ərazisindəki separatizmi məhv etdi. Lakin Gürcüstanda hazırda da Abxaziya və Cənubi Osetiya məsələləri problem olaraq qalmaqdadır. Bu da Gürcüstanın ərazi bütövlüyünə zidd olaraq prosesləri onların əleyhinə aparan amillərdəndir ki, həlli qəliz görünür. Ona görə də Mixail Saakaşvilinin separatçı rejimin "dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyanın və digərlərinin həbsini alqışlaması təəccüblü deyil”.
Analitik qeyd edib ki, terrorçuluğu maliyyələşdirən, ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olmuş Ruben Vardanyanın sərbəst buraxılması üçün ölkəmizə qarşı təzyiqlər edilməsi fonunda Mixail Saakaşvilinin fikirləri müsbət addım kimi dəyərləndirilməlidir:
“Buna baxmayaraq, ölkəmizə qarşı həyata keçirilən təzyiqlərin heç bir hüquqi əsası yoxdur. Hazırda ərazilərimizdə terrorçuların tərksilah edilməsi prosesi davam edir. Eyni zamanda, Azərbaycan axtarışa verdiyi şəxslərin həbsini də həyata keçirir. Lokal xarakterli antiterror tədbirlərindən bu günə kimi saxlanılan erməni cinayətkarların cəzası qanunla müəyyən ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm