Şairlər müalicə alır: Musa Yaqub danışa bilmədi, Vaqif Bayatlı isə... - ÖZƏL
Fidan Həmişəyeva
13:00 06.11.2019
Gündəm
1392
Azərbaycanın ədəbiyyatının tanınmış nümayəndələrindən olan Xalq şairi Musa Yaqub və Əməkdar incəsənət xadimi, şair Vaqif Bayatlı Odər uzun müddətdir ki, səhhətləri ilə bağlı problemlər yaşayırlar. Sherg.az olaraq hər iki şairin sağlıq durumunu öyrənmək üçün onlarla əlaqə saxladıq.
Xalq şairi Musa Yaqub zəngimizə özü cavab versə də, danışa bilmədi.
Dəstəyi alan Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının vəziyyətinin normal olduğunu bildirdi:
“Şükür Allaha indi atam özünü pis hiss eləmir. Əvvəllər yeriyəndə bir az çətinlik çəkirdi. Amma indi yeriməsi nisbətən düzəlib".
Vaqif Bayatlı Odər isə özünü elə də yaxşı hiss etmədiyini söylədi:
“Hazırda gərginlik içindəyəm. Müalicəm hələ ki, davam edir. İki dəfə əməliyyat olundum. Bir dəfə beynimdən, bir dəfə isə ürəyimdən. Hazırda ürəyimə görə 7 dərman qəbul edirəm. Amma istəyirəm ki, dərmanların sayını azaldım. Çalışacam 6 dərman olsun. Özümü normal hiss eləmirəm. Lakin məni yada saldığınız üçün indi bir az yaxşıyam”.
Qeyd edək ki, xalq şairi Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən, tanınmış şair Vaqif Bayatlı Odər isə beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi