“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan bloqçu Roman Bagdasaryana qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesini udub.
Sherg.az xəbər verir ki, bundan əvvəl Bagdasaryan Karapetyanın guya dövlət büdcəsini mənimsədiyini iddia edib. Məhkəmə bloqçunu bu fikirləri təkzib etməyə və siyasətçiyə 100 min dram (təxminən 250 dollar) məbləğində təzminat ödəməyə qərar verib.
Daha əvvəl Bagdasaryan “Yeqnikner” bölməsinin komandirinə qarşı qaldırılan böhtan işi üzrə də məhkəmə mübahisəsini uduzub.
Bagdasaryan mütəmadi olaraq keçmiş, qondarma Dağlıq Qarabağ siyasi və hərbi elitasının nümayəndələrini tənqid edən çıxışlar edir.