Səfir: Çin-Azərbaycan münasibətləri tarixdə özünün ən yüksək səviyyəsinə çatıb
11:44 08.09.2025
Gündəm
263
Prezident İlham Əliyevin bu yaxınlarda Çinə səfəri Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verib, həmçinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirib.
APA xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycan Prezidentinin Çinə səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iki dövlət başçısının rəhbərliyi Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığının inkişafı ilə daha da möhkəmlənib: “Prezident İlham Əliyev Çinə 8 dəfə səfər edib və ÇXR Sədri Si Cinpinlə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri yaxşı işgüzar əlaqələr qurublar və dərin şəxsi dostluqlarını gücləndiriblər. Sədr Si Cinpin Prezident İlham Əliyevi köhnə dostu adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri daim yeni səviyyəyə qalxır və artıq tarixdə ən yüksək səviyyəyə çatıb”.
Diplomat diqqətə çatdırıb ki, bu səfər Prezident İlham Əliyevin son bir ildə Çinə ikinci səfəri olub. Azərbaycan dövlət başçısı təxminən 4 gün Çində qalıb: “Azərbaycandan olan dostlarım mənə dedilər ki, Prezident əvvəllər heç bir ölkəyə belə uzun müddət səfər etməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region