Şəki dünyada daha çox tanınacaq
Məlahət Rzayeva
10:35 09.07.2019
Gündəm
1225
Şəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsi böyük hadisədir
Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi qərarı əslən Şəkidən olan Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlını da sevindirib. «Şərq»ə açıqlamasında M.Qəhrəmanlı qərarı alqışladığını bildirdi:- Avropa ölkələrində çox olmuşam. Müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda iştirak məqsədilə səfər etsəm də, həmişə çalışıram ki, getdiyim ölkənin tarixi məkanlarını gəzim, muzeyləri ziyarət edim. Səfərlər zamanı görürəm ki, ölkələr tarixi məkanlardan böyük gəlir əldə edirlər. Turist axını böyük olan ölkələrdə turizmin inkişafı, turistlərin rahatlığı üçün çox işlər görülür. Ən əsası da, qiymətlərin əlçatan, hətta çox ucuz olmasıdır. Məsələn, Praqa Milli Muzeyinə giriş pulsuzdur. Eləcə də digər ölkələrdə olarkən tarixi məkanlara, muzeylərə giriş üçün çox ucuz qiymətlər müəyyən edildiyinin şahidi olmuşam. Bizdə də belə olmalıdır. Elə etməliyik ki, bir dəfə gələn, baha qiymətləri görüb qaçmasın, səfərin maddi cəhətdən ziyanlı olmadığını görüb Azərbaycana təkrar-təkrar səfər etmək istəsin. Şəkidə Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzindən savayı başqa görməli, gəzməli yerlər də çoxdur. Şəhərin yuxarı hissəsində bir çox tarixi abidələr var. O hissədə tarix müəllimi illər öncə qədim mağaralar aşkarlayıb. Alban kilsələri var. Şəki həbsxanası, «Gələrsən-görərsən» qalası turistlərin görməli olduğu yerlərdir. Sovet vaxtı Şəkiyə xeyli turist gəlirdi, hətta anam «qarğış» edirdi ki, bu turistlər gələndə bazarda qiymətlər qalxır. Şəki hədsiz cəlbedici məkandır. Ümumdünya İrs Siyahısına daxil edilmək o deməkdir ki, həm Şəki dünyada daha çox tanınacaq, həm də ölkəmiz bundan böyük gəlir əldə edəcək. İstərdim, Şəkiyə gedənlərin sayı lap çox olsun. Amma təkcə Şəki pitisi yeməyə yox, məhz tarixi abidələri ziyarət etməyə. Turist axını çoxalsa, şəhərdə iş yerləri də artacaq, bu da yerli əhalinin gəlirlərinin artmasına səbəb olacaq. Çalışmaq lazımdır ki, qiymətlər ucuz olsun. Gələn qonaqlar, turistlər qiymət bahalığından şikayət etməsin. Turistlər üçün yüksək xidmət şəraiti yaradılmalıdır. Bu işlər artıq İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin öhdəsinə düşür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə