Silahlar susmayacaq ! - “Əməliyyatların ikinci mərhələsi...” – Şans verilməyəcək !
Banuçiçək Kalbalıyeva
13:37 12.10.2020
Gündəm
800
“Ermənistan KTMT-nin məsələyə müdaxiləsinə çalışacaq”
“Çünki Azərbaycanla təkbətək vəziyyətində onların darmadağın olmamaq üçün heç bir şansı yoxdur”
“Gəncənin hədəf alınması da birbaşa buna- bizi Ermənistan ərazisini vurmağa təhrik etməyə hesablanıb”
Oktyabrın 9-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş dünya siyasətinin əsas müzakirə mövzusuna çevrilib. Onsuz da indiyədək qaranlıq məqamlar az deyildi. Moskva görüşündən sonra isə belə sualların sayı daha da çoxaldı. Gərgin keçən danışıqların yekununda tərəflər arasında birgə bəyanat qəbul olundu. Sənəddə 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunduğu göstərilir.
Həmçinin bilidirilir ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. Maraqlıdır, bəyanatın bu şərtləri müharibənin gələcək perspektivi ilə bağlı nələr vəd edir? Bu danışıqlardan sonra genişmiqyaslı hərbi əməliyyatların formatında hansı dəyişikliklər olacaq?
Vəziyyəti “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, cəbhədə silahlar hələ uzun müddət susmayacaq:
“Dövlət strukturlarının fəaliyyət göstərmələrinin bir çox on illiklər ərzində işlənilmiş bir ümumi məntiqi var. Ona görə Ermənistan silahlı qüvvələrinin bir hissəsinin işğal olunmuş ərazilərdə döyüşlər aparacağını, digər hissənin isə Ermənistan ərazisində, kənarda dayanaraq hərbi əməliyyatlara qatılmayacağını güman etmək, haradasa “şimalda” düşünülmüş müvəqqəti, qətiyyən məntiqsiz və mücərrəd sxemə bənzəyir. Aydındır ki, nə Ermənistan, nə də Azərbaycan bu “şərtə” uzun müddət qulaq verəcək. Deməli, hərbi əməliyyatların ikinci mərhələsinə hazır olmalıyıq. Ötən gün yazmışdım ki, ermənilərin Gəncəyə raket zərbəsinə Naxçıvandan İrəvandakı müdafiə nazirliyinin binasına zərbə ilə cavab verilməlidir. Bu status çoxlu sayda dəstək “laykı” ilə bərabər KTMT-nin mümkün reaksiyası barədə xeyli sual da doğurdu”.
T.Zülfüqarov yaxın gələcəkdə baş verə biləcəklər haqda proqnozlarını da bölüşdü:
“Ermənistan KTMT-nin məsələyə müdaxiləsinə çalışacaq. Çünki Azərbaycanla təkbətək vəziyyətində onların darmadağın olmamaq üçün heç bir şansı yoxdur. Gəncənin hədəf alınması da birbaşa buna- bizi Ermənistan ərazisini vurmağa təhrik etməyə hesablanıb. Belə ki, yalnız Rusiya silahlı qüvvələrinin birbaşa müdaxiləsi Ermənistana imkan verəcək ki, mövcud yaxud gələcək təmas xəttində vəziyyətin dondurulmasını zəmanətli şəkildə təmin etsin.
KTMT-nin nizamnaməsinə əsasən, silahlı qüvvələrin istifadəsi haqda qərar müzakirə prosedurundan sonra qəbul edilir. Ermənilər bu proseduru gizli keçirmək istəyirlər. Çünki heç bir iştirakçı ölkənin ictimaiyyəti ermənilərin Azərbaycan torpaqlarının bir hissəsinin ilhaqı haqqında cəfəng ideyası uğrunda öz əsgərlərinin həlak olması ehtimalını qəbul etməyəcək.
Məhz buna görə Azərbaycan yalnız Rusiyanın deyil, həmçinin digər ölkələrin media məkanında bu məsələnin ictimai müzakirəsini başlatmalıdır. Belə bir müzakirənin başlanması üçün səbəb mövcud vəziyyətə dair bizim mövqemizi izah edən Azərbaycan Prezidentinin Dövlət başçılarına açıq müraciəti ola bilər. Ermənilərin təxribatlarına cavab verərkən, ictimaiyyətə, obyektiv nəzarətin məlumatları təqdim edilməklə, düşmənin raket qurğularının real növləri və dislokasiya rayonları haqqında məlumat verilməlidir.
Hərbi əməliyyatların zonasının hər iki ölkənin ərazisində genişləndirilməsi düşmənin qüvvə və vasitələrinin parçalanmasına şərait yaradacaq. Beləliklə, onlar ordumuzun hücum istiqamətlərində cəmləşdirmək imkanından məhrum olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya