Siqaretin qiyməti yenə qalxacaq: BAHALAŞMA QAÇILMAZDIR
Fidan Həmişəyeva
08:48 19.02.2020
Gündəm
1233
Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizə gətirilən spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırılacaq. Aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.
Spirtli içkilərlə bağlı aksiz vergisinin artırılması fonunda siqaretin qiymətinin nə qədər bahalaşa biləcəyi ilə bağlı Sherg.az-a danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, bu artımından sonra siqaretin də qiyməti bahalaşacaq. Ancaq bahalaşmanın nə qədər olacağını proqnozlaşdırmaq çətindir.
"Aksiz vergisi siqaretin xərcinin müəyyən hissəsini təşkil edir. Düzdür, xərc yalnız aksiz vergisindən ibarət deyil. Siqaretin istehsalı prosesində digər xərclər də yaranır. Amma sözsüz ki, aksiz dərəcələrinin artırılması siqaretin maya dəyərinə mənfi təsir edir. Maya dəyəri artdığından siqaretin qiymətində də artımlar baş verir. Bu baxımdan aksiz vergisinin artması ölkədə siqaretin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Hər halda bu qiymət artımının hansı intervalda olduğunu sahibkarlar müəyyənləşdirəcək”.
V. Bayramov bu məsələ ətrafında müəyyən təkliflərlə çıxış etdiklərini dedi:
"Təklif edirik ki, prosesin ailə büdcəsinə mənfi təsir etməməsi üçün yerli siqaret istehsalı üzrə qiymətlər optimallaşdırılsın. Yerli siqaretlər aşağı qiymətlərlə təklif olunmalıdır ki, aksiz vergisinin artımı vətəndaşların büdcəsinə ziyan vurmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya