SON DƏQİQƏ: Prezident Ərdoğan Putinlə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. İki liderin dialoqunda Rusiya-Ukrayna müharibəsinə dair son hadisələr müzakirə olunub.

ABŞ-də keçirilən Tramp-Putin və Tramp-Zelenski görüşlərindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Sherg.az xəbər verir ki, telefon danışığını Rusiya xəbər agentliyi "Interfax" yayıb.

Gündəmdə Ukrayna olub. Liderlər həmçinin regional məsələləri də müzakirə ediblər.

Ərdoğan-Putin danışıqları ilə yanaşı, Ukraynadakı müharibə ilə bağlı yeni açıqlamalar da gəlməkdə davam edir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Ukrayna böhranının kökündə yatan səbəbləri getdikcə daha yaxşı anlayır.

“Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri məsələsində "2022 İstanbul razılaşması" yaxşı bir nümunədir” – deyə Lavrov qeyd edib. O həmçinin bildirib: “Ukraynaya yönəlik təhlükəsizlik zəmanətinin möhkəm olmasının tərəfdarıyıq. Təhlükəsizliklə bağlı məsələlər Rusiyasız həll edilə bilməz.”