Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib - ŞƏRH
03:31 23.08.2025
Gündəm
581
Vaşinqtonda imzalanan sənəd Azərbaycanın qələbəsinin dünya tərəfindən tanınmasıdır
Sülh danışıqlarında Azərbaycanın həlledici mövqeyi bir daha təsdiqlənib. Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə bildirib ki, imzalanması gözlənilən sənədin müəllifi məhz Azərbaycan tərəfidir və bütün bəndlərin hazırlanmasında rəsmi Bakının mövqeyi əsas götürülüb. Dövlət başçısının sözlərinə görə, sazişin paraflanması artıq iki ölkə arasındakı münaqişənin faktiki olaraq başa çatması deməkdir: "Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi".
Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan normallaşma prosesi demək olar, yekunlaşıb və bu prosesdə əldə edilən sənədlər Azərbaycanın milli maraqlarını tam şəkildə təmin edir: "Ölkəmiz qarşısına qoyduğu strateji hədəflərə nail olub. Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır". Siyasi müşahidəçilərin fikrincə, Prezidentin bu bəyanatı sülh prosesinin artıq praktiki olaraq son mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan tərəfi həm diplomatik müstəvidə, həm də reallıqda öz mövqeyini təsdiqləməklə bölgədə yeni geosiyasi nizamın formalaşmasına nail olub.
Millət vəkili Azər Badamov Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşdə sülh prosesindən danışaraq dünyanın 1 nömrəli ofisində sənədlərin imzalandığını xatırlatması bu prosesin dönüşünün olmadığı haqqında verilən mesajdır. Deputat vurğulayıb ki, bu sənəd ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanıb:
"Bu, Azərbaycanın qələbəsinin, yaratdığı yeni reallığın bütün dünya tərəfindən qəbul edilməsi deməkdir. Çünki qələbəmizi, torpaqlarımızda tam suverənliyimizi qəbul etmək istəməyən, həzm edə bilməyən və ölkəmizə qarşı qərəz nümayiş etdirən dairələr qalmaqda idi. Amma sənədlərin Vaşinqtonda imzalanması yaratdığımız yeni reallığın bütün dünya tərəfindən qəbul edilməsi oldu. Bu həm də sülhün davamlı olması üçün bir məsuliyyətdir. Paraflanmış sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib. O cümlədən, adı "Tramp marşurutu" olsa da, açılışı təsdiq olunmuş Zəngəzur dəhlizini gündəliyə gətirən də Azərbaycandır".
Parlamentari əlavə edib ki, Azərbaycan regiona davamlı sülhün və əməkdaşlığın gəlməsini dəstəkləyir:
"Amma bununla yanaşı ermənilərin bizə qarşı törətdiyi işğal siyasətini, soyqırımlarını, ərazilərimizi viran qoymasını unutmaq mümkün olmayacaq. Düzdür, biz gələcəkdə Ermənistanla qonşuluq münasibətlərində yaşayacağıq. Amma Ermənistanın bizə yaşatdığı acı tarix də unudulmayacaq və gələcək nəsillərə ötürüləcək. Dövlət başçımızın sülh prosesi ilə bağlı danışanda səsləndirdiyi fikirlər gələcək nəsillərin qarşısına qoyduğu həm də vəzifələrdir. Çünki gələcək nəsillərimiz başımıza gətirilən faciələr və düşmənimizin kim olduğunu bilmək üçün o tarixi unutmamalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
03:33 24.04.2026
Futbol
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə