
Tarix verildi: İnsanlar Marsda yaşamağa hazırdır
11:51 20.08.2025
Gündəm
384
Yuta səhrasında “Mars missiyaları”na rəhbərlik edən təqaüddə olan Hərbi Hava Qüvvələri zabiti Devid Laude, insanlığın Qırmızı Planetdə yaşamağa hazırlığında mühüm mərhələyə çatdığını bildirib. Marsa ilk insan uçuşları 2030–2035-ci illər arasında başlaya bilər.
Sherg.az xəbər verir ki, təqaüddə olan hərbçi Devid Laude hazırda Yuta səhrasında “kosmik missiyalar”ı idarə edir. O bildirib ki, insanlar Marsda yaşamağa hazırdır və bu, 2030-cu ilə qədər reallığa çevrilə bilər.
“Mars Society” təşkilatının qurucu üzvlərindən olan Laude, "Daily Mail"ə müsahibəsində, hətta sıravi amerikalıların belə Mars şəraitini təqlid edən təcrübələr apardığını və bunların gələcək kolonistlərin gündəlik fəaliyyətlərinə çevriləcəyini deyib.
1998-ci ildə yaradılan “Mars Society” həm ictimaiyyəti maarifləndirməyi, həm də Günəş sistemini araşdıracaq gələcək kosmik missiyalara öncülük etməyi qarşısına məqsəd qoyub.

İnsanlar hələ Marsa ayaq basmasa da, Laude və digər tədqiqatçılar Hanksville yaxınlığında yerləşən Mars Səhra Tədqiqat Stansiyasında (MDRS) mütəmadi olaraq iki həftəlik simulyasiyalarda iştirak edirlər.
Yuta səhrasındakı bu bazanın son dərəcə quraq iqlimi, dəmir oksidlə zəngin qırmızı torpağı və təcrid olunmuş mövqeyi Mars şəraitini uğurla təqlid edir.
Stansiyada heyət üçün iki mərtəbəli yaşayış məkanı, bioloji tədqiqatlar üçün istixana, elmi təcrübələr üçün laboratoriya, eləcə də günəş panelləri və mini rover maşınları mövcuddur.
İştirakçılar burada kənd təsərrüfatı sınaqları aparır, Starlink vasitəsilə məlumat ötürür və astronavt geyimlərini xatırladan EVA kostyumları ilə gəzintilər edirlər.
Laude vurğulayıb ki, insanlıq hazırda Ay missiyaları ilə müqayisədə daha əlverişli vəziyyətdədir:
“Fikrimcə, bu, 10 il ərzində baş verə bilər. 2030–2035 arası ilk insanlar Marsa gedə bilər.”
Lakin o, ilk missiyaların robotlarla həyata keçirilməsinin daha real olduğunu bildirib. SpaceX-in Starship sınaqlarındakı partlayışlara toxunaraq deyib:
“Aydın görünür ki, kifayət qədər mühəndislik işi aparmadan buraxılışlar edirlər. NASA-dan fərqli olaraq, onlar daha çox sınaq-yanılma metoduna üz tuturlar.”
Laude həmçinin qeyd edib ki, NASA büdcəsindəki ixtisarlar səbəbilə yaxın beş ildə Mars uçuşunun yeganə şansı İlon Maskın şirkəti ola bilər. O, “Mars Society”nin bu ixtisarlara qarşı çıxdığını da xatırladıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya