Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi - RƏY
01:24 15.08.2025
Gündəm
223
İran prezidentinin İrəvana səfəri bölgədə yeni strateji gərginlik yaradır
İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək. Bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib. XİN başçısı qeyd edib ki, Prezident İraq, Pakistan, Azərbaycan, Qətər və Omana səfər edib: "Yaxın iki həftə ərzində Ermənistana gedəcək". Ekspertlərin fikrincə, Araqçi Pezeşkianın səfər etdiyi ölkələrin adını sadalamaqla, əslində, bu ölkələrin onların hökumətinin xarici siyasətində mühüm yer tutduğunu göstərmək istəyir. Çünki İraq, Pakistan və Azərbaycan İranla həm qonşu, həm də ortaq mədəniyyətə malik ölkələrdir. Qətər isə İran üçün Körfəzin əsas ölkəsidir. Xüsusən, ABŞ və İsrailin İrana hücumu Körfəz ölkələri ilə əməkdaşlığı daha da gücləndirməyə sövq edir. Oman isə ABŞ-İran danışıqlarına ev sahibliyi edən ölkə olaraq Pezeşkian hökuməti üçün mühüm əhəmiyyət kəsb edir.
Politoloq Zeynal Əmrəliyev "Şərq"ə deyib ki, İran prezidentinin Ermənistana ziyarətində əsas məsələ şübhəsiz ki, bu ölkənin son zamanlar Qərblə sıx əməkdaşlıq etməsi və Qərbi regiona gətirmək cəhdləridir. Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirən rəsmi İrəvan Rusiya ilə münasibətlərdə soyuqluq nümayiş etdirir:
"İran eyni siyasətin özünə qarşı ola biləcəyindən ehtiyatlanır. Suriyanın arxasınca Ermənistanı da itirmək İranı bölgədə olduqca pis vəziyyətə salar. Xüsusilə son zamanlarda Ermənistan Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu isə İranda ciddi narahatlıq doğurur. Pezeşkianın səfəri həm də Ermənistana "Qərbdən uzaq dur" mesajı vermək üçün bir vasitədir".
Z.Əmrəliyev vurğulayıb ki, Pezeşkianın səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından önəmlidir:
"İran və Ermənistan arasında enerji və ticarət sahəsində geniş əməkdaşlıq imkanları var. Hazırda iki ölkənin rəsmiləri arasında Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat dəhlizinin reallaşması məsələsi müzakirə edilir. Şimal-Cənub koridoruna alternativ kimi nəzərdə tutulan bu yol İran üçün vacib əhəmiyyət daşıyır. Digər önəmli məsələ tərəflərin enerji və təbii qaz mübadiləsini həyata keçirməkdir. İran üçün Ermənistan hazırda sərfəli bazardır. Rəsmi Tehran bu ölkəyə daha çox qida və tibb ləvazimatları ixrac etmək niyyətindədir. İran prezidentinin Ermənistana səfəri zamanı ehtimal ki, Zəngəzur dəhlizi məsələsi də geniş şəkildə müzakirə ediləcək. Tehran dəhlizin açılmasına olduqca həssas yanaşır. Səfərdən sonra tərəflərdən hansının bu məsələdə yanaşmasında dəyişiklik olacağı da maraqla gözlənilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə lideri: Qiyamətə qədər Suriyada olacağıq
16:33 16.12.2025
Dünya
Hazırda dominant qrip Honkonq qripidir – ÜST
16:19 16.12.2025
Sağlamlıq
“Uçan Küftəçi”nin həyatı film oldu
16:04 16.12.2025
Mədəniyyət
Putin alimləri səfərbər etdi: 150 il yaşamaq istəyir
15:52 16.12.2025
Dünya
Lavrov: Rusiya Suriyada heç kimi yarı yolda qoymayıb
15:38 16.12.2025
Dünya
Tramp BBC-yə 10 milyard dollarlıq iddia qaldırdı
15:38 16.12.2025
Dünya
Nobel Sülh Mükafatını qazandı, qaçarkən onurğasını sındırdı
15:32 16.12.2025
Dünya
Hakan Fidan Trampın xüsusi nümayəndəsi ilə görüşdü
15:13 16.12.2025
Dünya
İvanişvilinin devrilməsinə hazırlıq gedir - Sanikidze
15:00 16.12.2025
Cənubi Qafqaz
Növbəti köç karvanları bu kəndlərə çatdı
14:34 16.12.2025
Qarabağ
Vitse-spiker: II Qareginin taxtda qalması mümkün deyil
14:27 16.12.2025
Cənubi Qafqaz
Rusiya “Tramp yolu”nda iştirak etməyəcək - Rubinyan
14:20 16.12.2025
Cənubi Qafqaz