Terrorun yuvası elə İrandadır
Yusif Nəzərli
11:48 08.07.2023
Gündəm
359
Millət vəkili Naqif Həmzəyevin iranlı deputatın sərsəmləməsinə cavabı qısa olub
Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad millət vəkillərimizi - Razi Nurullayev və Naqif Həmzəyevi həyasızcasına "terrorizmi" dəstəkləməkdə ittiham edib.
O, bu barədə özünün tvitter hesabında yazıb. Bildirib ki, iki deputatın Parisdə Xalq Mücahidləri Təşkilatının iclasında iştirakı "terrora" açıq dəstəkdir.
Onun sözlərinə görə, bu, "sionistlərlə münasibətlərin nəticəsidir".
İranlı deputat Azərbaycan Respublikasını aşağılamaq üçün "Bakı parlamenti" ifadəsindən istifadə edib. Mütəfəkkir Azad bundan əvvəl də müxtəlif məsələlərlə bağlı Azərbaycan Respublikasına qarşı çıxışlar edib. Xatırladaq ki, İran Xalq Mücahidlərinin iyulun 1-də Parisdə baş tutan toplantısında dünyanın bir sıra siyasətçiləri ilə yanaşı, Milli Məclisin üzvləri də iştirak edib. İran mediası, xüsusilə SEPAH-a yaxın mətbuat orqanları və “Səhər” televiziyası da azərbaycanlı millət vəkillərinin İran Milli Müqavimət Şurasının təşəbbüsü ilə Parisdə keçirilən "Azad İran - 2023" beynəlxalq konfransında iştiraklarını geniş müzakirəyə çıxarıblar.
Millət vəkili Naqif Həmzəyevin iranlı deputatın sərsəmləməsinə cavabı qısa olub: "Ruhullah Mütəfəkkiri kimilər Xocalı terrorunu törətmiş Ermənistana və ermənilərə verdikləri dəstəyi, 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal edilməsinə göz yumduqlarını xatırlasınlar. Azərbaycan səfirliyində törədilmiş terror hadisəsi, deputat Fazil Mustafaya sui-qəsd kimlərin həqiqi terrorist olduğunu ortaya qoyur. Onun kimilərinə əlavə sözə ehtiyac yoxdur. Sadəcə onu deyim ki, Ruhullah Mütəfəkkirilər İrandakı 40 milyon Azərbaycan türkünə öz dilində məktəb açmaq hüququnu tanımazsa, gec-tez haqq-ədalət öz yerini tapacaq...".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya