ABŞ Prezidenti Donald Tramp İranla bağlı hələ qərar vermədiyini bildirərək deyib: “Anlaşmaq istəyirəm, amma İranla müzakirələrdən məmnun deyiləm. İran nüvə silahına sahib olmamalıdır.”
Sherg.az xəbər verir ki, eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər edəcək. Rubio səfəri zamanı İsrail Baş naziri Binyamin Netanyahuyla İranla nüvə danışıqları və ABŞ-ın mümkün hərbi əməliyyat planlarını müzakirə edəcək.
Üçüncü tur ABŞ-İran nüvə danışıqları dünən İsveçrənin Cenevrə şəhərində keçirilib, ABŞ ordusunun isə İranla bağlı hərbi təhdidlər çərçivəsində bölgədə yerləşməsi davam edir.