Tramp Kanada və Meksikanın ABŞ bayrağının rənglərində təsvir olunduğu xəritə paylaşıb

ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikanın ABŞ bayrağının rənglərində təsvir olunduğu xəritə paylaşıb.

APA xəbər verir ki, Tramp müvafiq görüntünü “Truth Social” hesabında yayıb.

Xəritədə ABŞ-la yanaşı, Kanada və Meksikanın əraziləri də Amerika bayrağının rənglərində göstərilib.