Tramp: Lazım gələrsə, "oraq və çəkici" yenidən tarixə göndərəcəyik

ABŞ Prezidenti Donald Tramp Müstəqillik Günü münasibətilə Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı ölkəsinin lazım gələrsə, "oraq və çəkici" yenidən tarixə göndərəcəyini bəyan edib.

Sherg.az xəbər verir ki, Tramp ABŞ bayrağını nəzərdə tutaraq, "Ulduzlar və zolaqlar vaxtilə oraq və çəkici tarixə göndərmişdi, ehtiyac yaranarsa, bunu yenidən edəcəyik", - deyə bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl də ABŞ-nin heç vaxt kommunist ölkəyə çevrilməyəcəyini vurğulayaraq, kommunizmin vətənpərvərliklə uzlaşmadığını bəyan etmişdi.