Tramp NATO sammitində bir daha müttəfiqləri müdafiə xərclərini artırmağa çağıracaq

ABŞ Prezidenti Donald Tramp 7-8 iyulda Ankarada keçiriləcək NATO sammitində müttəfiqlərini bir daha müdafiə xərclərini artırmağa çağıracaq.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib.

Mənbənin sözlərinə görə, 7 iyulda keçiriləcək zirvədə iştirak edəcək Tramp şəxsən NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracaq.

Sammit çərçivəsində ABŞ rəhbəri həmçinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşəcək və mətbuat konfransında çıxış edəcək.

Ağ Ev sözçüsü qeyd edib ki, zirvədə milyardlarla dollarlıq hərbi müqavilələrin elan olunması gözlənilir. O, əlavə məlumat verməyib.

Qalereya