Tramp: Vətəndaşların silah saxlamaq hüququnu müdafiə etməyə davam edəcəyik

ABŞ Prezidenti Donald Tramp Müstəqillik Günü münasibətilə etdiyi çıxışda vətəndaşların silah saxlamaq və gəzdirmək hüququnu müdafiə etməyə davam edəcəyini bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu hüququn ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

"Silah saxlamaq və gəzdirmək hüququ. Biz bu hüququ böyük diqqətlə qorumuşuq", – deyə ABŞ prezidenti bildirib.

Tramp çıxışında həmçinin "Amerika arzusu geri qayıdıb. O, çox güclü və gözəldir" ifadəsini işlədərək, ABŞ-ın öz hədəflərini genişləndirməkdən geri çəkilməyəcəyini qeyd edib.