Trampdan amerikalılara 5 min dollarlıq vəd

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar noyabrda keçiriləcək aralıq seçkilərində Konqres üzərində nəzarəti qoruyacağı təqdirdə, hər yetkin amerikalıya 5 min dollar ödəniləcəyini vəd edib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə Respublikaçılar Partiyasının aralıq seçkilərlə bağlı keçirdiyi toplantıda çıxış edib.

Trampın “Tramp dividendi” adlandırdığı ödənişin necə həyata keçiriləcəyi və bunun hüquqi baxımdan mümkün olub-olmadığı hələ məlum deyil. ABŞ-da təxminən 270 milyon yetkinin olduğu nəzərə alınarsa, vədin ümumi dəyərinin 1,35 trilyon dollar təşkil edəcəyi hesablanır.

ABŞ lideri çıxışında seçiciləri noyabr seçkilərində Respublikaçılara səs verməyə çağırıb və özünü seçki kampaniyasının mərkəzinə qoyub.

Tramp həmçinin İranla bağlı siyasətini müdafiə edərək, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə hərəkətə keçdiyini bildirib. O, müharibənin tezliklə başa çatacağını və bundan sonra neft qiymətlərinin düşəcəyini iddia edib.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərə iki aydan az vaxt qaldığı bir vaxtda Respublikaçılar Konqresin ən azı bir palatasında nəzarəti itirmək riski ilə üzləşirlər.