Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı gərginliyi daha da artıran açıqlama verib. Onun sözlərinə görə, Tehran Vaşinqtonla danışıqlar aparsa da, hücum planları masadadır və vəziyyət “daha pis ola bilər”.

Sherg.az xəbər verir ki, bu arada Tehranda ABŞ əsgərləri üçün 5 min məzarın hazırlandığı iddiaları regionda narahatlığı daha da gücləndirib. ABŞ-ın bölgəyə böyük hərbi donanma göndərdiyi bildirilir.