“TRT Haber”: “COP29 sammiti dönüş nöqtəsi olacaq"
Yusif Nəzərli
08:01 11.11.2024
Gündəm
326
Bakı dünyanı iqlim böhranı ilə mübarizəyə səfərbər etmək üçün ideal məkandır
Türkiyənin “TRT Haber” telekanalı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda işə başlaması ilə bağlı reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, telekanal iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarının, alimlərin və ekoloji fəalların Bakıda toplaşdığını qeyd edir.
“Tarixi COP29-un gündəliyinə atmosfer emissiyalarının qlobal şəkildə azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma addımları və “iqlim ədalətinin” təmin edilməsi kimi mühüm mövzular daxildir. Ekoloji böhrana qarşı müqavimət göstərməyə getdikcə daha az vaxt qalıb, ona görə də beynəlxalq ictimaiyyət Bakıdakı müzakirələrdən maksimum nəticə gözləyir”, -deyə materialda qeyd olunur.
Telekanal “həyəcan təbili çalan” alimlərin qiymətləndirmələrinə diqqət çəkir: “Əgər istixana qazı tullantılarını azaltmaq mümkün olmasa, 2030-cu ilə qədər qlobal istiləşmənin sürəti 1,5 dərəcə Selsini keçə bilər ki, bu da kataklizmlərə səbəb olacaq”.
“Bakı sammitində ölkələrin iqlimlə bağlı məqsədlərini yeniləməsi və birgə yeni qərarlar qəbul etməsi gözlənilir. Xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyəsi məsələləri də ən çox müzakirə olunan mövzular sırasında olacaq”, -deyə reportajda daha sonra qeyd edilir.
Telekanal diqqətə çatdırır ki, COP29 region ölkələri üçün də önəmlidir. “Azərbaycan milli iqtisadiyyatda islahatların aparılması, qeyri-neft sektorunun inkişafı, bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması istiqamətində qətiyyətli addımlar atır. Bakı enerji transformasiyası və ətraf mühitin davamlılığı məsələsində region ölkələri üçün nümunə olmağa çalışır”, - deyə süjetin müəllifləri qeyd edirlər.
“TRT Haber” vurğulayır ki, “COP29 sammitinin dönüş nöqtəsi olacağına ümid edilir”: “Karbon emissiyalarını azaltmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq, bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirmək və itki və ziyana görə kompensasiyanı bölüşmək üçün vaxt daralır”.
Telekanal Bakını “iqlim böhranı ilə mübarizənin ümumi məqsədi ətrafında dünyanı birləşdirmək üçün ideal platforma” adlandırır. “Azərbaycanda COP29-un nəticələri dünya ictimaiyyətinə dövlətlərin iqlim böhranına qarşı real birgə mübarizəyə başlamaq əzmində olub-olmadığını nümayiş etdirəcək”, -deyə sonda xəbər kanalı qeyd edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm