Türk düşmənçiliyi davam edir - RƏY
08:31 05.10.2023
Gündəm
814
Bir milyon məcburi köçkünün faciəsini görməyənlər, bir qrup erməni üçün timsah göz yaşları axıdırlar
Hər zaman olduğu kimi Qərb ölkələri, beynəlxalq strukturlar yenə ikili standartlardan çıxış edir, qeyri-obyektiv mövqe sərgiləyirlər. Hətta Qərb strukturları humanitar yardımların göstərilməsində belə ayrı-seçkiliyə yol verirlər. Hazırda öz seçimləri ilə könüllü surətdə, heç bir əsas və problem olmadan, hansısa təzyiqlə üzləşmədən Qarabağı tərk edən erməni sakinlər üçün canfəşanlıq edən, dünyaya hay-küy salan beynəlxalq qurumlar 1990-cı illərdən etibarən Ermənistanın işğal və təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş milyona yaxın azərbaycanlı qaçqın üçün barmaqlarını belə oynatmayıblar. Milyona yaxın mülki şəxsin öz yurdlarından dəhşətli şəkildə qovulmasına, işgəncələrə məruz qalmasına səssiz qalıblar. İtaliya da Qarabağdan könüllü gedən ermənilərə kömək məqsədilə İtaliya Qızıl Xaç Cəmiyyətinə 4 milyon avro ayırıb. Məlumata görə, məqsəd Qarabağdan könüllü gedən ermənilərə humanitar yardım göstərmək və dəstək olmaqdır.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, tarixən öz geosiyasi ambisiyalarının həyata keçirilməsi üçün ermənilərdən “marionet” rolunda istifadə edən qüvvələr "erməni məsələsinin" beynəlxalq gündəmdən çıxmasına imkan vermir. Deputatın sözlərinə görə, başda Fransa olmaqla, bəzi Qərb dövlətləri, ermənilərə lobbiçilik edən təşkilatlar, Azərbaycanın qələbəsini həzm edə bilmirlər:
"BMT nümayəndələri Qarabağdan köçən ermənilər, hər hansı təzyiqin, zorakılığın, etnik təmizləmənin olmadığını bəyan etsələr də, daşnaklardan daha çox daşnak olanlar sadə ermənilərin bəyanatları ilə qane olmurlar. 1990-cı illərin əvvəllərində bir milyon qaçqın, məcburi köçkünün faciəsini görməyənlər, bir qrup erməni üçün timsah göz yaşları axıdırlar. Bunun bir adı var - ikili standart və türk düşmənçiliyi. Ancaq zaman Azərbaycanın xeyrinə işləyir. Beynəlxalq hüquq, ədalət bizim tərəfimizdədir. Belə qərəzli yanaşmalarla, yalnız bir şeyə, gərginliyin saxlanmasına nail ola bilərlər. O da, Ermənistanın və ümumiyyətlə, ermənilərin ziyanına ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm