"Türk ocaqları"ndan Azərbaycana dəstək - FOTOLAR
14:36 02.11.2020
Gündəm
970
Tərtər və Gəncəyə qardaş köməyi edildi
Türkiyə "Türk ocaqları" Mərkəzi Qərargahının maddi dəstəyi ilə Qarabağ və ətraf bölgələrdə erməni terrorundan əziyyət çəkən, evləri dağıdılan, yaralanan insanlara kömək məqsədi ilə ərzaq yardımı edilib. Bu barədə "Şərq.az"a Azərbaycan "Türk ocağı"nın sədri Akif Aşırlı məlumat verib. Oktyabrın 31-də Tərtər və Gəncəyə səfər etdiklərini, vəziyyətlə yaxından tanış olduqlarını qeyd edən A.Aşırlı bu kampaniyanı qardaş yardımlaşması adlandırıb: "Azərbaycan və Türkiyənin ortaq tarixində qardaş yardımlaşmasının ən yaxşı örnəkləri var. Biz də bu örnəyi yaşatmağa çalışırıq".
A.Aşırlı deyib ki, öncə bütün çətinliklərə sinə gərən, daim atəş altında olan Tərtərdə olduq, rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədovla görüşdük, vəziyyətlə maraqlandıq.
Biz orda olduğumuz müddətdə də rayon ərazisi intensiv atəşə tutulurdu. Sonra icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə 80 ailəyə ərzaq bağlaması verildi.
Tərtərdən sonra növbəti dayanacağımız Gəncə oldu. Terrordan əziyyət çəkən insanlarla görüşdük, 40 ailəyə ərzaq yardımı edildi, valideynlərini itirmiş körpələrə də hədiyyələr verildi".
Akif Aşırlı deyib ki, bu qardaş yardımlaşmasının maddi tərəflərindən daha çox mənəvi tərəfləri var: "Türkiyə dövləti, xalqı ən çətin anlarda Azərbaycanın yanında olub və bu gün də bu yenilməz münasibəti görürük. Türkiyə "Türk ocağı"nda birləşən, milli birliyi sağlam əsaslarla qoruyan ziyalılarımız Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanındadır".
Bu qardaş köməyinin, yardımlaşmasının tarixi ənənələrinə diqqət yönəldən A.Aşırlı deyib ki, 1918-ci ildə Türkiyənin Şərqi-Anadolu vilayətində erməni-rus terrorundan evini, yurdunu itirən qardaşlarımıza ilk dəstəyi də Azərbaycan edib.
Həmin vaxt Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən "Qardaş köməyi" günləri təşkil edilib, Qars, Ərzurum, İqdır, Otul, Kağızman bölgələrində insanlara yardımlar edilib, kimsəsiz uşaqlar Bakıya, Tiflisə, Şəkiyə yerləşdirilib.
Bu gün Ermənistanın hərbi cinayətlərinin qurbanı olan insanlara "Türk ocağı"nın dəstəyini qardaş köməyinin davamı olduğunu bildirən A.Aşırlı qeyd edib ki, növbəti yardımlar da nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran səbirsizliklə razılaşma gözləyir
21:42 22.05.2026
Dünya
WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu - TƏHLİL
21:35 22.05.2026
Gündəm
Marko Rubio və Hakan Fidan arasında görüş olub
21:29 22.05.2026
Gündəm
CHP-də kompromis olmazsa, parçalanma qaçılmazdır - ŞƏRH
21:28 22.05.2026
Gündəm
“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
21:05 22.05.2026
Dünya
WUF-13-də erməni vəhşiliyi ifşa olundu - ŞƏRH
20:53 22.05.2026
Gündəm
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
20:41 22.05.2026
Dünya
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm