İğdırın Karakoyunlu rayonundakı Alican Sərhəd Keçid Məntəqəsində işlərin 90%-i tamamlanıb. Türkiyə və Ermənistan arasında normallaşma prosesi çərçivəsində rəsmi pasport sahibləri üçün viza prosedurları sadələşdirilib.
Sherg.az xəbər verir ki, 2026-cı ilin 1 yanvarından etibarən diplomatik, xidməti və xüsusi (yaşıl) pasport sahibləri e-viza sistemi vasitəsilə, ödənişsiz müraciət edə biləcəklər. Bu addım iki ölkənin “tam normallaşma” istiqamətində irəliləmək əzmində olduğunu göstərir.