
Türkiyədə ev alan azərbaycanlıların əsas məqsədi budur - EKSPERT
23:14 14.08.2025
Gündəm
267
Kirayə qazancı, turizm və vətəndaşlıq...
Son illər Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayında artım müşahidə olunur. Əvvəllər Azərbaycan vətəndaşları bu istiqamətdə daha çox Rusiya və Gürcüstana meyl göstərirdisə, indi Türkiyədə ev almaq istəyən vətəndaşlarımızın sayı daha çoxdur. Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda altıncı yerdə qərarlaşıb. Yaşamaq və işləmək üçün Azərbaycandan Türkiyəyə gedənlərin də sayı ilbəil artır.
Türkiyənin Statistika İdarəsinin məlumatına görə, ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 93 mənzil alıb. Bu, cari ilin iyun ayı ilə müqayisədə 22 mənzil və ya 31 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5 mənzil və ya 5,7 faiz çoxdur. Qardaş ölkədən ən çox mənzil alan xarici ölkə vətəndaşları sırasında Azərbaycan vətəndaşları 6-cı yerdə olub. İlk beşlikdə isə müvafiq olaraq Rusiya, İran, Almaniya, Ukrayna və İraq vətəndaşları qərarlaşıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sherg.az-a açıqlamasında deyib ki, Türkiyədə yaşayan vətəndaşlarımız kirayədə yaşamaq istəmədikləri üçün orada mənzil sahibi olmaq istəyirlər:
"Xarici ölkələrdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yatırım etdikləri ölkələrlə mütləq müəyyən əlaqələri olur. Türkiyədə yetəri qədər soydaşlarımız yaşayır. Bəzisi orada işləyir, bəzisi təhsil alır. Lakin Türkiyədə yaşasalar da, Azərbaycan vətəndaşı hesab olunurlar. Türkiyədə yaşayan insanların arasında Naxçıvan Muxtar Respublikasının sakinləri çoxluq təşkil edirlər. İnsanlar Türkiyədə müəyyən bir müddət kirayə yaşayırlar, sonra isə mənzil sahibi olurlar. Bu da statistik rəqəmlərə təsir edir".
Ekspertin fikrincə, vətəndaşlarımızın Türkiyə əmlak bazarına maraq göstərməsinin digər bir səbəbi də yatırım məqsədidir:
"Türkiyədə qiymət artımı daha sürətlidir. Vətəndaşlarımız da orada mənzil alaraq, kirayə verirlər. Kirayələrdən kifayət qədər qazanc əldə edə bilirlər. Həmçinin Türkiyədə turizm sektoru xeyli inkişaf edib. Ora müxtəlif ölkələrdən ilin fərqli fəsillərində turistlər axın edir. Turistlərə mənzili kirayə vermək onlara daha sərfəlidir. Yəni azərbaycanlıların Türkiyədən mənzil almasının əsas səbəblərindən başlıcası yatırım məqsədli atılan addımlardır. Bakı və digər böyük şəhərlərimizdə türk tikinti şirkətlərinin nümayəndəlikləri mövcuddur. Həmin şöbələr də oraya müştərilərin axın etməsinə səbəb olurlar. İnsanların Türkiyəyə axın etməsinin bir səbəbi də vətəndaşlıq hüququ əldə etmək planıdır. Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollardan baha qiymətə olan əmlak almalısan. Bu rəqəm əvvəlki dövrlərdə 250 min dollar idi. Qiymətin yüksəldilməsinin də səbəbi insanların Türkiyəyə axın etməsidir. Dünyada baş verən bir sıra proseslər çərçivəsində Türkiyə vətəndaşı olmaq istəyən insanların sayı artdı. Qardaş ölkə də bu vəziyyətdən öz iqtisadiyyatına töhfə qazandırır. Daşınmaz əmlak yeganə sahədir ki, xarici ölkələrdən investisiya cəlbinə səbəb olur. Türkiyəyə böyük pullar qazandırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə lideri: Qiyamətə qədər Suriyada olacağıq
16:33 16.12.2025
Dünya
Hazırda dominant qrip Honkonq qripidir – ÜST
16:19 16.12.2025
Sağlamlıq
“Uçan Küftəçi”nin həyatı film oldu
16:04 16.12.2025
Mədəniyyət
Putin alimləri səfərbər etdi: 150 il yaşamaq istəyir
15:52 16.12.2025
Dünya
Lavrov: Rusiya Suriyada heç kimi yarı yolda qoymayıb
15:38 16.12.2025
Dünya
Tramp BBC-yə 10 milyard dollarlıq iddia qaldırdı
15:38 16.12.2025
Dünya
Nobel Sülh Mükafatını qazandı, qaçarkən onurğasını sındırdı
15:32 16.12.2025
Dünya
Hakan Fidan Trampın xüsusi nümayəndəsi ilə görüşdü
15:13 16.12.2025
Dünya
İvanişvilinin devrilməsinə hazırlıq gedir - Sanikidze
15:00 16.12.2025
Cənubi Qafqaz
Növbəti köç karvanları bu kəndlərə çatdı
14:34 16.12.2025
Qarabağ
Vitse-spiker: II Qareginin taxtda qalması mümkün deyil
14:27 16.12.2025
Cənubi Qafqaz
Rusiya “Tramp yolu”nda iştirak etməyəcək - Rubinyan
14:20 16.12.2025
Cənubi Qafqaz