
Ukrayna məsələsində Qərb geri addım atmayacaq - ŞƏRH
Yusif Nəzərli
04:43 27.12.2024
Gündəm
558
Bu qədər tökülən qandan sonra Ukraynanın Rusiyanın təsir dairəsinə nəzarətsiz buraxılması mümkün deyil
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Donald Tramp komandasından Rusiya ilə dialoqu bərpa etməkdə maraqlı olduqları barədə siqnallar alırlar. Onun sözlərinə görə, Moskva Tramp administrasiyası ilə Ukrayna üzrə məsləhətləşmələrə hazırdır və Ağ Evin münaqişənin əsas səbəblərini araşdıracağına ümid edir. Lavrov qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək razılaşmalarda onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm olmalıdır.

Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, Rusiya xarici işlər nazirinin Tramp Administrasiyasından kontaklarla bağlı təklif gəlməsi yönündə siqnalların olduğunu dilə gətirməsi, əslində, Rusiyanın da belə bir istəyinin olduğunun göstəricisidir. Ekspert vurğulayıb ki, Rusiya müharibədən yorulub və müharibə Moskva üçün nəticəsi qaranlıq olan bir istiqamətə doğru gedir: "Rusiyanın Ukraynanı işğal etmək arzusu boşa çıxdı və Qərb buna imkan vermədi. Bundan sonra hər iki tərəfin çoxsaylı dağıntı və insan ölümlərinə səbəb olan münaqişəsi mənasız fazaya keçdi. Ona görə də Rusiya üçün istənilən isti təklif göydəndüşmədir. ABŞ-nin növbəti Prezidenti Donald Trampın heç kimin gözləmədiyi ekspromt qərarlar verməsi mümkündür. Lakin münaqişənin siyasi yolla həll olunması üçün ilk növbədə diplomatik təmaslar qurulmalıdır. Ondan sonra zirvə görüşü reallaşa bilər".
Politoloqun fikrincə, Rusiyada ağıllı siyasi ekspertlər var və onlar çox gözəl anlayırlar ki, Ukrayna məsələsində Qərb geri addım atmayacaq: "Ümumiyyətlə, bu qədər tökülən qandan sonra Ukraynanın Rusiyanın təsir dairəsinə nəzarətsiz buraxılması mümkün deyil. Qərb sözdə Putinin müəyyən tələblərinə razılıq versə də, ümumi olaraq Rusiya siyasi fiaskoya uğrayıb. Kremlin müqavimət gücü qalmayıb. Rusiyanın öz müttəfiqi olan İranla birlikdə Suriya, Livan, Liviya və İraqdan sıxışdırılaraq çıxarılma prosesi davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya