2026-cı il parlament seçkilərində seçici kimi iştirak edən Lusine Abo Avagyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Buna səbəb onun 11 iyun 2026-cı ildə açıq şəkildə yayımladığı "Vətəndaş Müqaviləsi Partiyası səsləri 100 faiz rüşvətsiz, digər siyasi qüvvələr isə 100 faiz səsi seçicilərin rüşvət alması yolu ilə alıb" açıqlamasıdır.
İddiaçının sözlərinə görə, bu, ona da aiddir, çünki o, müxalif siyasi qüvvəyə səs verib. İddia ərizəsinə görə, bu, reallığa uyğun deyil və iddiaçının şərəfinə, ləyaqətinə və nüfuzuna xələl gətirir.
Məhkəmə iddia təmin edildiyi təqdirdə, cavabdeh Nikol Vovay Paşinyanı Lusine Abo Avagyana qarşı böhtan xarakterli hesab edilən faktiki məlumatları 5 (beş) iş günü ərzində Ermənistan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əlçatan olduğu yerdə və ən azı 24 (iyirmi dörd) saat əvvəl açıq şəkildə təkzib etməyə və bu barədə mediaya əvvəlcədən məlumat verməyə məcbur etməlidir.
İddia ərizəsi Yerevan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Naira Avetisyana təqdim edilib. Lakin işin icraata qəbul edilib-edilməyəcəyi hələlik məlum deyil.