"Zahid Oruc mənə zəng edib dedi ki..." - Mərkəz rəhbəri tanınmış sosioloqla əlaqəni niyə kəsib?
Fidan Həmişəyeva
11:16 25.09.2019
Gündəm
991
Millət vəkili Zahid Oruc sədri olduğu Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə bağlı dünən tədbir keçirərək hesabat verib. O bildirib ki, Suriya konfliktindən sonra regionlarda dinə münasibətin necə dəyişildiyi öyrəniləcək:
“Bu, çox həssas mövzudur. Düşünürəm ki, bu mövzu bizim cəmiyyətimiz üçün də çox xarakterikdir. Din və dövlət münasibətləri necə dəyişib, bunu da öyrənməyə çalışacağıq.
Bundan sonra da ictimai fəaliyyətimizin şahidi olacaqsınız, aparacağımız sorğular isə bir neçə istiqaməti əhatə edəcək. Təhsil sahəsində kurikulumun birinci mərhələsinin sonu və ikimərhələli qəbul sistemi ilə bağlı hesabat sənədi hazırlayıb, onun nəticələrini də ictimailəşdirəcəyik. Eyni zamanda, yuxarı sinif şagirdləri üçün dərsliklərin vəziyyəti ilə bağlı da araşdırma apararaq nəticələri açıqlayacağıq.
Sosial Tədqiqatlar Mərkəzinin yarandığı gündən bu günə kimi fəaliyyəti ilə bağlı fikirlərini Sherg.az-la bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu mərkəzin işlərindən xəbərdar olmadığını dedi.
“Zahid bəy Sosial Tədqiqatlar Mərkəzinə sədr təyin olunandan 1 həftə sonra mənə zəng vurub dedi ki, “Əhməd müəllim sizin də fikirlərinizi öyrənmək istəyirəm”. Diqqəti üçün ona təşəkkür etdim və dedim ki, nə vaxt istəsəz, bu sahədə öz təkliflərimi verməyə hazıram”. Çünki mən 10 il "Komsomol"un Mərkəzi Komitəsində, 5 il isə Milli Məclisdə belə qurumun rəhbəri olmuşam. İndiki Sosial Tədqiqatlar Mərkəzi bir vaxtlar mənim rəhbərlik etdiyim mərkəzin davamı olaraq nəzərdə tutulub. Lakin daha sonra Zahid müəllim mənimlə əlaqəni tamamilə kəsdi. Mən ona işlərində uğurlar arzulayıb xeyir dua verərərək normal münasibətimi bildirmişdim. Ölkəmizin mənafeyi naminə nə zaman lazım olsa köməyimi əsirgəməyəcəyimi Zahid bəyə çatdırdım. Amma mənimlə əlaqəni kəsdiyi üçün bilmirəm ki, mərkəzdə nə baş verir, hansı işlərlə məşğul olurlar”.
Sosiolqo qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin onunla əlaqəni kəsməsi anormal bir haldır:
“Çünki mən hər gün ən azı 10-a yaxın qəzetlərə, sayt və televiziyalara müsahibə verirəm. Hər gün sosial problemlərdən danışıram. Ölkədə bir mütəxəssis hər gün bu qədər müsahibə verirsə, sosial problemlərdən bu qədər çox danışırsa, həmin mərkəzin borcudur ki, belə mütəxəssislərlə əlaqə saxlasın. İlk gündən Zahid müəllimə öz köməkliyimi edəcəyimi dedim. Sonra əlaqə saxlanılmadı deyə, mərkəzin fəaliyyətindən heç bir məlumatım yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi